İngiltərənin “Mançester Siti” klubu futbolçu İlkay Gündoğan ilə müqavilənin müddətini uzadıb. SİA klubun saytına istinadla xəbər verir ki, müqaviləyə əsasən 28 yaşlı yarımmüdafiəçi 2023-cü ilədək klubda forma geyinəcək.
Ötən mövsüm İngiltərə Premyer Liqasında 31 oyunda meydana çıxan türk əsilli alman futbolçu 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
İ.Gündoğan 2016-cı ildə “Borussiya Dortmund” klubundan 27 milyon avro müqabilində Mançester təmsilçisinə keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB