İlkay Gündoğan “Mançester Siti”də qaldı

9 Avqust 2019 18:11 (UTC+04:00)

İngiltərənin “Mançester Siti” klubu futbolçu İlkay Gündoğan ilə müqavilənin müddətini uzadıb. SİA klubun saytına istinadla xəbər verir ki, müqaviləyə əsasən 28 yaşlı yarımmüdafiəçi 2023-cü ilədək klubda forma geyinəcək.

Ötən mövsüm İngiltərə Premyer Liqasında 31 oyunda meydana çıxan türk əsilli alman futbolçu 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

İ.Gündoğan 2016-cı ildə “Borussiya Dortmund” klubundan 27 milyon avro müqabilində Mançester təmsilçisinə keçib.