“Qəbələ” klubu müdafiəçi Ürfan Abbasovla yollarını ayırıb. SİA-nın məlumatına görə, Ü.Abbasov 2019-2020-ci illər mövsümündən “qırmızı-qara” formada çıxış etməyəcək.
27 yaşlı müdafiəçi 2011/12 mövsümündən "Qəbələ"nin şərəfini qoruyub. O, bu müddətdə 220 matçda meydana çıxıb. Müdafiəçinin hesabında 3 qol var. Ü.Abbasov Premyer Liqada 177, kubokda 28, Avropa Liqasında 15 matça çıxıb. Ürfan bütün qollarını ölkə çempionatında vurub.
O, “Qəbələ”də keçirdiyi 8 mövsümdə Premyer Liqanın beş mükafatını qazanıb. Müdafiəçi 2016/17 və 2017/18 mövsümlərində gümüş, 2013/14, 2014/15 və 2015/16 mövsümlərində bürünc medala yiyələnib. Ü.Abbasov 2018/19 mövsümündə Azərbaycan kubokunun qalibi, 2013/14, 2016/17 və 2017/18 mövsümlərində finalçısı olub.
Qeyd edək ki, “Qəbələ” Cavid Hüseynov, Elvin Camalov, Stiven Jozef Monroz, Lalavele Atakora, Sabien Lilay və Rauf Əliyevlə də yollarını ayırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB