"Bu klublar arasındakı tək və ən önəmli fərq Messidir"

"Bu klublar arasındakı tək və ən önəmli fərq Messidir"

Futbolçu karyerası ərzində həm "Barselona", həm də "Real"ın formasını geyinmiş Luis Milla "El Kalssiko"lar öncəsi hər iki komandanın şanslarını dəyərləndirib. Qol.az-ın "Goal"a istinadən yaydığı məlumata görə, 52 yaşlı Milla kataloniyalılarla kral klubu arasındakı yeganə fərqi Messidə görüb: "Belə qarşılaşmaların favoriti olmur. Bu klublar arasındakı tək və ən önəmli fərq Messidir".

Qeyd edək ki, "Barselona" və "Real" əvvəlcə Kral Kubokunda (28 fevral), daha sonra isə La Liqada (2 mart) üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə