Futbolçu karyerası ərzində həm "Barselona", həm də "Real"ın formasını geyinmiş Luis Milla "El Kalssiko"lar öncəsi hər iki komandanın şanslarını dəyərləndirib. Qol.az-ın "Goal"a istinadən yaydığı məlumata görə, 52 yaşlı Milla kataloniyalılarla kral klubu arasındakı yeganə fərqi Messidə görüb: "Belə qarşılaşmaların favoriti olmur. Bu klublar arasındakı tək və ən önəmli fərq Messidir".