"Lill" futbol klubunun idman direktoru Luis Kampos komandanın futbolçusu Nikol Pepenin transfer qiymətini açıqlayıb. SİA-nın məlumatına görə, 23 yaşlı Pepe "Mançester Yunayted" və "Bavariya"ın diqqət mərkəzindədir. "Lill" onu 80 milyon avroya satmaq niyyətindədir.
“Pepeni çoxları əldə etmək istəyir. Biz isə onu saxlamağa çalışırıq. Mövsümü burada başa vursa, əla olar. Amma hansısa klub real təkliflə çıxış etsə, satacağıq. Məncə, 80 milyon pis məbləğ deyil”,- deyə Kampos bildirib.
Yayda "Lion" Pepeni 30 milyona əldə etmək istəyib. Lakin futbolçu "Lill"dən getməyəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB