“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. Türkiyə mətbuatının yazdığına görə, "sarı-qırmızılar" hazırda Çinin “Şanxay Şenxua” klubunda çıxış edən Demba Banı transfer etməyə yaxındır. “Aslanlar”ın 33 yaşlı hücumçu ilə 5 aylıq müqavilə bağlayacağı bildirilib. Fransalı futbolçunun bu müddətdə 1,3 milyon avro qazanacağı da açıqlanıb. Qeyd edək ki, Demba Türkiyənin “Beşiktaş” və “Göztəpə” klublarında da çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB