Bakı şəhər Gənclər və İdman Baş İdarəsində görüş keçirilib

2018-ci il 18 avqustda mas-reslinq üzrə təşkil olunacaq Avropa çempionatı ilə əlaqədar Bakı şəhər Gənclər və İdman Baş İdarəsində görüş keçirilib. SİA-ya İdarənin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Beynəlxalq Mas-Reslinq Federasiyasının baş katibi İnnokentiy Qriqoryev, Azərbaycan Mas-Reslinq Federasiyasının prezidenti Ramiz Əliyev, fəxri prezidenti Samir Abdullayev, Baş İdarənin rəis müavini Aydın Yusifov və Rəşad Əliyev iştirak ediblər.

Baş İdarənin rəisi Raqif Abbasov qonaqları salamlayaraq bildirmişdir ki,bu cür yarışların ölkəmizdə keçirilməsi dövlətimizdə aparılan idman siyasətinin uğurlarındandır. Dövlət başçısı İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Bu il ölkəmizdə keçiriləcək mötəbər beynəlxalq yarışlar da yüksək səviyyədə təşkil olunacaq və Azərbaycan bir daha dünyanın idman mərkəzlərindən biri olduğunu sübut edəcəkdir.

Beynəlxalq Mas-Reslinq Federasiyasının baş katibi İnnokentiy Qriqoryev idman qurguları və idman məktəbləri ilə yaxından tanış oldugunu və ölkəmizdə gördüklərindən məmnunluğunu bildirmişdir.

Daha sonra iclasda mas-reslinq federasiyanın fəaliyyəti və bu idman növünün gənclər arasında inkişaf yolları müzakirə edilmişdir

Bütün xəbərlər Facebook səhifəmizdə