Qrizmann: Bu qərarımla fəxr edirəm”

“Barselona”dan imtina etmək mənim qərarım idi. Bununla fəxr edirəm”. Bu sözləri “Atletiko”nun futbolçusu Antuan Qrizmann “As” nəşrinə açıqlamasında deyib. Fransa millisinin üzvü Madrid klubu ilə müqaviləsini yenilədiyi üçün şad olduğunu bildirib:

“Atletiko”nun heyətində yeni mövsümün başlamasını səbirsizliklə gözləyirəm. UEFA superkubokunun oyununa az qalıb. Bu titulu qazanmaq niyyətindəyik”.

Qeyd edək ki, “Atletiko” superkubok oyununda “Real”la qarşılaşacaq. Görüş avqustun 15-də Tallində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə