"Bakı" klubu Unibank Premyer Liqasının 12-ci turu çərçivəsində Gəncədə baş tutacaq "Gəncə"-"Bakı" qarşılaşmasının hazırlıqlarının ilk hissəsini tamamlayıb. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bir istisna olmaqla tam heyətlə çalışan futbolçuların istəkli olduğu hiss olunur.
A komandanın məşqlərinə cəlb olunan Rəhman Hacıyev, Hacı Əhmədov, Səbuhi Həsənov bu dəfə səfərə əvəzedici heyətlə yollanıblar. Zədəsi təzələnən Emin Cəfərquliyev isə məşqi kənardan izləmək məcburiyyətində qalıb. Emin təxminən 2 həftə yaşıl meydanlardan kənar qalacaq.
Bu gün komanda Gəncəyə yola düşüb. "Bakı" saat 15.00-da Gəncə şəhər stadionunda məşqə çıxacaq.
Bunun ardından komandanın baş məşqçisi Vinfrid Şefer intensiv məşqlərdən sonra komandanı taktiki sxemlər üzərində çalışdıracaq.
Xatırladaq ki, adıçəkilən qarşılaşma 6 Noyabr 2010-cu il tarixdə (şənbə) saat 14.00-da baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB