"Bakı" Gəncəyə yola düşüb

5 Noyabr 2010 21:06 (UTC+04:00)

"Bakı" klubu Unibank Premyer Liqasının 12-ci turu çərçivəsində Gəncədə baş tutacaq "Gəncə"-"Bakı" qarşılaşmasının hazırlıqlarının ilk hissəsini tamamlayıb. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bir istisna olmaqla tam heyətlə çalışan futbolçuların istəkli olduğu hiss olunur.

A komandanın məşqlərinə cəlb olunan Rəhman Hacıyev, Hacı Əhmədov, Səbuhi Həsənov bu dəfə səfərə əvəzedici heyətlə yollanıblar. Zədəsi təzələnən Emin Cəfərquliyev isə məşqi kənardan izləmək məcburiyyətində qalıb. Emin təxminən 2 həftə yaşıl meydanlardan kənar qalacaq.

Bu gün komanda Gəncəyə yola düşüb. "Bakı" saat 15.00-da Gəncə şəhər stadionunda məşqə çıxacaq.

Bunun ardından komandanın baş məşqçisi Vinfrid Şefer intensiv məşqlərdən sonra komandanı taktiki sxemlər üzərində çalışdıracaq.

Xatırladaq ki, adıçəkilən qarşılaşma 6 Noyabr 2010-cu il tarixdə (şənbə) saat 14.00-da baş tutacaq.