“Neftçi”nin sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev vəfat edib. SİA-nın məlumatına görə, tanınmış məşqçi bu gün dünyasını dəyişib. B.Hacıyevin ailəsindən məlumatı təsdiqləyiblər.
Mərhumun bu gün Keşlə məzarlığında dəfn olunacağı gözlənilir.
Xatırladaq ki, B.Hacıyev fevralın 8-də infarkt keçirmişdi. Onun ürəyinə Mərkəzi Klinik Xəstəxanada iki stent qoyulmuşdu. Bundan başqa, B.Hacıyev bir neçə il əvvəl Moskva şəhərində beyin əməliyyatı da keçirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB