Böyükağa Hacıyev vəfat edib

16 Mart 2018 12:11 (UTC+04:00)

“Neftçi”nin sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev vəfat edib. SİA-nın məlumatına görə, tanınmış məşqçi bu gün dünyasını dəyişib. B.Hacıyevin ailəsindən məlumatı təsdiqləyiblər.

Mərhumun bu gün Keşlə məzarlığında dəfn olunacağı gözlənilir.

Xatırladaq ki, B.Hacıyev fevralın 8-də infarkt keçirmişdi. Onun ürəyinə Mərkəzi Klinik Xəstəxanada iki stent qoyulmuşdu. Bundan başqa, B.Hacıyev bir neçə il əvvəl Moskva şəhərində beyin əməliyyatı da keçirmişdi.