İtaliyanın tanınmış məşqçisi Arriqo Sakki Çempionlar Liqasının 1/8 finalında baş tutan PSJ - "Real" (1:2) oyunu barədə fikirlərini bölüşüb. SİA-nın məlumatına görə, 71 yaşlı mütəxəsis Paris klubunun zəif olduğunu bildirib: "Real" çox zəif rəqibə qarşı oynayırdı. PSJ sadəcə futbolçular yığınıdır. "Oyun" sözü mücərrəddir, onu təsvir etmək çətindir. Amma nəticəni məhz oyun gətirdi. İdeyaları pulla almaq mümkün deyil. PSJ-də çox şey çatışmır. Emeri çox yaxşı məşqçidir. Ona baxışlarını bölüşən klub və azarkeşlərin dəstəyi lazımdır. Avrokuboklarda tək psixologiya yox, oynamaq da lazımdır. Oyun filmin ssenarisi, musiqinin melodiyasıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə