“Neftçi” bu gün növbəti transferini reallaşdıracaq

“Neftçi” bu gün növbəti transferini reallaşdıracaq

“Neftçi” qış fasiləsində ikinci transferini reallaşdıracaq. SİA-nın məlumatına görə, “Keşlə”dən ayrılan İlkin Qırtımov komandaya cəlb olunacaq. Bu gün 27 yaşlı müdafiəçi ilə müqavilə imzalanacaq.

Qeyd edək ki, “Neftçi” daha əvvəl “Qəbələ”dən qapıçı Aqil Məmmədovu transfer edib.

Bütün xəbərlər Facebook səhifəmizdə