“Neftçi” qış fasiləsində ikinci transferini reallaşdıracaq. SİA-nın məlumatına görə, “Keşlə”dən ayrılan İlkin Qırtımov komandaya cəlb olunacaq. Bu gün 27 yaşlı müdafiəçi ilə müqavilə imzalanacaq.
Qeyd edək ki, “Neftçi” daha əvvəl “Qəbələ”dən qapıçı Aqil Məmmədovu transfer edib.