"İnter" bu gün "Simurq"la qarşılaşacaq

"İnter" bu gün "Simurq"la qarşılaşacaq

"İnter" klubu gün ərzində iki dəfə məşq edir. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, milli komandalara dəvət almış futbolçulardan başqa komandanın bütün üzvləri məşq prosesində iştirak edirlər. Dünən də komanda axşam məşqinə çıxıb və bu günkü yoldaşlıq matçına hazırlaşıb.

Xatırladaq ki, bu gün "İnter" Zaqatalanın "Simurq" komandası ilə hazırlıq oyunu kleçirəcək. Qarşılaşma saat 18.00-da "Şəfa" stadionunda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə