"İnter" klubu gün ərzində iki dəfə məşq edir. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, milli komandalara dəvət almış futbolçulardan başqa komandanın bütün üzvləri məşq prosesində iştirak edirlər. Dünən də komanda axşam məşqinə çıxıb və bu günkü yoldaşlıq matçına hazırlaşıb.