“Trabzonspor”un yeni baş məşqçisi müəyyələşib

Türkiyə Super Liqasında mübarizə aparan “Trabzonspor” klubunun yeni baş məşqçisi müəyyələşib. SİA-nın məlumatına görə, Ərsun Yanalın gedişindən sonra "bordo-mavililər"i yerli mütəxəssis Rza Çalımbay çalışdıracaq. R.Çalımbay bu gün Trabzona yollanacaq və rəsmi müqaviləyə imza atdıqdan sonra komandanı ilk məşqə çıxaracaq.

Qeyd edək ki, millimizin baş məşqçisi Robert Prosineçkinin adı "Trabzonspor"la hallanırdı.

Xatırladaq ki, R.Çalımbay bu mövsüm “Antalyaspor”dan qovulmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə