Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) tədbirlər planına əsasən Maştağa Olimpiya İdman Kompleksində Sambo idman növü üzrə 1992-93-cü il təvəllüdlü idmançılar arasında Bakı şəhər açıq birinciliyi keçirilib. BŞGİBİ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, birincilikdə 12 idman cəmiyyəti və klubu, həmçinin 120 idmançı qalib adı uğrunda mübarizə aparıb. Yarışda I yerə 48 kq çəki dərəcəsində Mirzəyev Vaqif (Pəhləvan İK), 52 kq çəki dərəcəsində Babayev Rəhim (11-li UGİM), 56 kq çəki dərəcəsində Zülfüqarov Xanoğlan (Zenit İC), 60 kq çəki dərəcəsində Ağayev Nicat (Neftçi İSM), 65 kq çəki dərəcəsində Rəhimov Amid (Neftçi İSM), 70 kq çəki dərəcəsində Qurbanov Fərhad (11-li UGİM), 75 kq çəki dərəcəsində Hüseynli Alpaslan (PəhləvanİK), 81 kq çəki dərəcəsində Baxşıyev Tamerlan (Neftçi İSM), 87 kq çəki dərəcəsində Qismətli Ziya (11-li UGİM), +87 kq çəki dərəcəsində Həsənəliyev Şahmar layiq görülüb.
Yarışın sonunda birinciliyin qalibləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.
Yarışın sonunda birinciliyin qalibləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə