Sambo üzrə Bakı şəhər açıq birinciliyi keçirilib

28 Sentyabr 2010 02:30 (UTC+04:00)
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) tədbirlər planına əsasən Maştağa Olimpiya İdman Kompleksində Sambo idman növü üzrə 1992-93-cü il təvəllüdlü idmançılar arasında Bakı şəhər açıq birinciliyi keçirilib. BŞGİBİ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, birincilikdə 12 idman cəmiyyəti və klubu, həmçinin 120 idmançı qalib adı uğrunda mübarizə aparıb. Yarışda I yerə 48 kq çəki dərəcəsində Mirzəyev Vaqif (Pəhləvan İK), 52 kq çəki dərəcəsində Babayev Rəhim (11-li UGİM), 56 kq çəki dərəcəsində  Zülfüqarov Xanoğlan (Zenit İC), 60 kq çəki dərəcəsində Ağayev Nicat (Neftçi İSM), 65 kq çəki dərəcəsində Rəhimov Amid (Neftçi İSM), 70 kq çəki dərəcəsində Qurbanov Fərhad (11-li UGİM), 75 kq çəki dərəcəsində Hüseynli Alpaslan (PəhləvanİK), 81 kq çəki dərəcəsində Baxşıyev Tamerlan (Neftçi İSM), 87 kq çəki dərəcəsində Qismətli Ziya (11-li UGİM), +87 kq çəki dərəcəsində Həsənəliyev Şahmar layiq görülüb.
Yarışın sonunda birinciliyin qalibləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.