Hafiz Məmmədov: “Yaxın bir-iki gündə “Bakı” klubunun yeni idarə heyəti açıqlanacaq” - MÜNASİBƏT

"Bakı" klubunun bu ilki Premyer Liqada çıxışları bəyənilmir". Bu sözləri  klubun prezidenti Hafiz Məmmədov jurnalsitlərə açıqlamasında deyib. SİA-nın məlumatında görə, o,  cari çempionatda komandanın öz oyununu tapması üçün 3 tur gözlədiyini, ancaq 5-ci matçdan sonra narahat olmağa başladığını bildirib: "Baş məşqçini dəvət etdim, bir çox məsələləri müzakirə etdik. Mənə aydın oldu ki, nə baş məşqçi, nə rəhbərlik, nə də idarəetmədə problem yoxdur. Sadəcə oyunçular öz sözlərini deməlidirlər. Avropa Liqasında arzuolunmaz nəticədən sonra komandada psixoloji sarsıntı var idi. Ancaq bu, avqustun axırı sentiyabrın əvvəli idi".

H.Məmmədov klubda yeni idarə heyətinin yaxın günlərdə açıqlanacağını da vurğulayıb: "Yaxın bir-iki gündə "Bakı" klubunun yeni idarə heyəti açıqlanacaq. Bu futboldu, biznes deyil ki, kim səhv elədi dərhal futboldan uzaqlaşdırasan. Bizim klubda olanların futbol anlayışları yüksək səviyyədədir. Ola bilsin ki, iş bölgüsü düzgün aparılmayıb. Kim hansı işlə məşğul olacaq artıq müəyyənləşib və təsdiq olunub".
Klub prezidenti baş məşqçinin Şoliçi cəzalandıraraq əvəzedici komandaya göndərməsini dəstəklədiyini deyib. O, futbolçunun da heç bir reaksiya vermədən əvəzedici heyətdə məşqlərə başlanmasına sevindiyini qeyd edib: "Məşqçi komandanın başında duran adamdır. Onun qərarları sərt olsa da, oyunçu yerinə yetirməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə