Azərbaycan gimnastları dünya çempionatında iştirak edəcəklər - PROQRAM
Moskvada bədii gimnastika üzrə dünya çempionatı keçiriləcək. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sentyabrın 20-dən 26-dək davm edəcək çempionatda Azərbaycan yığma komandası mübarizə aparacaq. Fərdi yarışlarda yığma komandanın tərkibində Aliyə Qarayeva, Anna Qurbanova və Samirə Mustafayeva, qrup komandanın tərkibində isə Ceyla Quliyeva, Anastasiya Prasolova, Nigar Əbdüsəlimova, Ayelita Xələfova, Stefani Trayanova və Yevgeniya Jidkova iştirak edəcək.
Çempionatın proqramı:
20 sentyabr
11:00-14:40 İndividual gimnastların ip və halqa ilə çıxışları, A və B qrupu
15:00-15-30 Açılış mərasimi
15:30-18:45 İndividual gimnastların ip və halqa ilə çıxışları, C və D qrupu (Azərbaycan gimnastları - 18:07,18:12 və 18:17-də)
21 sentyabr
11:00-14:15 İndividual gimnastların ip və halqa ilə çıxışları, C və D qrupu (Azərbaycan gimnastları - 12:20, 12:25 və 13:00-da)
15:30-19:15 İndividual gimnastların ip və halqa ilə çıxışları, A və B qrupu
19:30-20:00 Final - ip
20:00-20:30 Final - halqa
20:40 Mükafatlandırma, ip / halqa
22 sentaybr
11:00-14:40 İndividual gimnastların top və lentlə çıxışları, A və B qrupu
15:30-18:45 İndividual gimnastların top və lentlə çıxışları, C və D qrupu (Azərbaycan gimnastları - 16:17,16:22 и 16:27-də)
23 sentyabr
11:00-14:15 İndividual gimnastların top və lentlə çıxışları, C və D qrupu (Azərbaycan gimnastları - 11:00, 11:05 и 11:10-da)
15:30-19:10 İndividual gimnastların top və lentlə çıxışları, A və B qrupu
19:30-20:00 Final - top
20:00-20:30 Final - lent
20:40-21:00 Mükafatlandırma, top / lent və komanda hesabı
24 sentyabr
17:00-22:30 Çoxnövçülüyün finalı
22:45-23:00 Mükafatlandırma, çoxnövçülük
25 sentyabr
15:00-19:45 Qrup komandalarının çoxnövçülük yarışları, 5 halqa və 3 lent/2 ip (Azərbaycan gimnastları - 15:08-də – 5 halqa, 16:08-də - 3 lent/2 ip)
19:55-20:30 Mükafatlandırma, çoxnövçülük
26 sentyabr
15:00-15:40 Final - 5 halqa
15:50-16:00 Mükafatlandırma, 5 halqa
16:00-16:40 Final - 3 lent/2 ip
16:50-17:00 Mükafatlandırma, 3 lent/2 ip
17:10-18:10 Qala
18:10-18:30 Bağlanış mərasimi
Bütün xəbərlər Facebook səhifəmizdə