"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının bədii gimnastika yarışında gürzlərlə hərəkətlərdə Azərbaycan gimnastı Marina Durunda 16.550 xalla gümüş medala layiq görülüb.
SİA-nın məlumatına görə, yarışda fəxri kürsünün ən yüksək pilləsinə Özbəkistan gimnastı Anastasiya Serdyukova qalxıb. O, 16.900 xal toplayıb. Üçüncü yeri isə onun həmyerlisi Sabina Taşkenbayeva (16.300) tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB