Gimnastımız gürzlərlə hərəkətlərdə gümüş medala layiq görülüb

14 May 2017 21:09 (UTC+04:00)

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının bədii gimnastika yarışında gürzlərlə hərəkətlərdə Azərbaycan gimnastı Marina Durunda 16.550 xalla gümüş medala layiq görülüb.

SİA-nın məlumatına görə, yarışda fəxri kürsünün ən yüksək pilləsinə Özbəkistan gimnastı Anastasiya Serdyukova qalxıb. O, 16.900 xal toplayıb. Üçüncü yeri isə onun həmyerlisi Sabina Taşkenbayeva (16.300) tutub.