Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda beynəlxalq turnirə start verilib

Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda beynəlxalq turnirə start verilib
"Sərhədçi" Olimpiya İdman Mərkəzində yeniyetmələr və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda beynəlxalq turnirə start verilib. Siasport.az saytı xəbər verir ki, yarışların ilk günü gənc idmançılar yunan-Roma güləşi üzrə 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq çəki dərəcələrində mübarizə aparıblar.

Turnirdə Azərbaycan güləşçiləri ilə yanaşı Rusiya, Türkiyə, İran, Gürcüstan, Belarus, İsrail, İraq, İsveç, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistan idmançıları da iştirak edirlər.

Turnirin qalibləri və mükafatçıları Azərbaycan Güləş Federasiyasının medalları, diplomları və pul mükafatları ilə təltif ediləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com