Turnirdə Azərbaycan güləşçiləri ilə yanaşı Rusiya, Türkiyə, İran, Gürcüstan, Belarus, İsrail, İraq, İsveç, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistan idmançıları da iştirak edirlər. Turnirin qalibləri və mükafatçıları Azərbaycan Güləş Federasiyasının medalları, diplomları və pul mükafatları ilə təltif ediləcəklər.