Bakıda cüdo üzrə beynəlxalq turnir keçiriləcək

Bakıda cüdo üzrə beynəlxalq turnir keçiriləcək
Mayın 6-8-də Bakıda Qran-pri seriyasından cüdo üzrə beynəlxalq turnir keçiriləcək. Siasport.az saytı xəbər verir ki, bu yarışlar dünyanın idman təqviminə fevral ayının əvvəllərində daxil edilib. Həmin vaxt Beynəlxalq Cüdo Federasiyası (IJF) Tunisdə mürəkkəb siyasi vəziyyətlə əlaqədar Afrika qitəsinin şimalındakı bu ölkədə Qran-pri turnirinin keçirilməməsi barədə qərar qəbul edib.

Beynəlxalq Cüdo Federasiyası bu mötəbər beynəlxalq yarışın Bakıda keçiriləcəyini bəyan edib. Bu ilin əvvəlində məhz Azərbaycanın paytaxtında mövsümün ilk yarışıp - "Masters" turniri yüksək səviyyədə keçirilib.

Qeyd edək ki, Bakıda "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçiriləcək cüdo üzrə Qran-pri turnirində iştirak etmək üçün artıq 16 ölkənin komandası müraciət edib. Ukrayna, Rusiya, Avstriya, İspaniya, Əlcəzair, Fransa, Tacikistan, Lüksemburq, Almaniya, Niderland, Qana və digər ölkələrin cüdoçuları Azərbaycana gələcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com