Beynəlxalq Cüdo Federasiyası bu mötəbər beynəlxalq yarışın Bakıda keçiriləcəyini bəyan edib. Bu ilin əvvəlində məhz Azərbaycanın paytaxtında mövsümün ilk yarışıp - "Masters" turniri yüksək səviyyədə keçirilib. Qeyd edək ki, Bakıda "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçiriləcək cüdo üzrə Qran-pri turnirində iştirak etmək üçün artıq 16 ölkənin komandası müraciət edib. Ukrayna, Rusiya, Avstriya, İspaniya, Əlcəzair, Fransa, Tacikistan, Lüksemburq, Almaniya, Niderland, Qana və digər ölkələrin cüdoçuları Azərbaycana gələcəklər.