Siasport.az saytı xəbər verir ki, bu dəfə "Bakı" futbol klubunun uşaq və yeniyetmə futbolçular üçün nəşr etdirdiyi "Toplu Bakı" jurnalının hədəfinə "Bakı"nın ən təcrübəli simalarından biri, moldovalı müdafiəçi Vadim Borets düşüb.
Adı, soyadı: Vadim Borets
Boyu və çəkisi: 180 sm, 76 kq
Mövqeyi: yarımmüdafiəçi
İlk müəllimi: Valentin Fyodoroviç Falomeyev
Bəyəndiyi klub: "Barselona"
Bəyəndiyi milli: İtaliya
Bəyəndiyi futbol ulduzu: Luiş Fiqo
İstifadə etdiyi parfüm: La Praire
Sevimli avto marka: Mercedes-Benz
Gimnastika, üzgüçülük və futbol…
Moldovada anadan olmuşam. Ukrayna ilə sərhəddə, Donduşeni rayonunun Baromonovka kəndində. Valideynlərim ukraynalıdı. Onlar tələbə olduğu zaman ailə həyatı qurduqları üçün məni kənddə nənəmin yanında saxlamışdılar. Dil açanda nənə və babama ata və ana deyə müraciət edirdim. Elə bilirdim ki, valideynlərim onlardır. Dörd yaşım olanda onlar məni öz yanlarına Kişinyova apardılar.
Ora köçəndən sonra atam istəyirdi ki, mən gimnast olum. Birinci sinifdə altı ay gimnastikaya getdim. Elə o vaxt məktəbimizin yanında böyük üzgüçülük kompleksi açılmışdı. Oradan gəlib sinfimizdən mənimlə birgə bir neçə uşağı seçdilər. Bir müddət üzgüçülüklə də məşğul olandan sonra atama dedim ki: "mən futbola getmək istəyirəm". Peşman deyiləm ki, o vaxt bu qərara gəldim.
Atam məni "Nistru"nun olimpiya rezervi üzrə xüsusiləşdirilmiş uşaq-idman məktəbinə, Valentin Fyodoroviç Falomeyevin yanına apardı. Bütün yayı region üzrə yeniyetmələr arasında təşkil edilən müxtəlif turnirlərdə iştirak etdik. Belarusiyanın Svetlaqorsk şəhərindəki turnirdə ən yaxşı yarımmüdafiəçi seçildim, Ukraynanın Lvov şəhərində keçirilən yarışda isə komanda hesabında üçüncü yer tutduq. Mütəmadi olaraq bütün yaş qrupları üzrə milli komandalarda oynadım.
Kuryoz debüt
İlk peşəkar müqaviləmi 16 oktyabr 1992-ci ildə "Zimbru" ilə beş il müddətinə bağladım. Sonradan klub "Nistru" adlandırıldı. Debütüm çox kurioz alındı. Üç cüt butsım vardı. Böyük səbirsizliklə oyuna çıxacağım günü gözləyirdim. Matç öncəsi gecə, hər üç butsımı ayaqqabı mazı ilə təmizləyib, yatağımın altına qoydum. Səhər yuxudan duranda o qədər həyəcanlı idim ki, oyun üçün ləvazimatlar olan çantanı götürəndə butsılarımı oraya yerləşdirməyi unutdum. Onlar bazadakı otağımda qaldı.
Klubun avtobusu ilə oyunun keçiriləcəyi stadiona çatanda yadıma düşdü ki, butsılarımı unutmuşam. Özümü itirmədim. Cəld komanda yoldaşlarıma sakitcə yaxınlaşaraq vəziyyətdən çıxmağım üçün kömək istədim. Kim isə ayağıma 3 ölçü böyük olan butsı tapdı ki, onları geyinim. Baş məşqçimiz indi "Şaxtyor"da ikinci məşqçi kimi çalışan Aleksandr Fyodoroviç Spiridon bu hadisədən xəbər tutmadı.
Amma oyunda elə bərbad oynadım ki, bu unudulmaz oldu. Demək olar ki, qaça bilmirdim. Fikirləşirdim ki, indi onlar ayağımdan çıxacaq və baş məşqçi hər şeyi biləcək. Həmin oyunda 1-2 hesabı ilə uduzduq.
"Zimbru"da unudulmaz mövsümlər keçirdim. "Tottenhem", "PSV" , "Herta"ya qarşı tarixi oyunlarda 90 dəqiqə meydanda olmuşam.
"Bakı" yolu
Müqavilə şərtlərinə əsasən, "Şerif"ə məxsus olsam da, icarə əsasında Polşanın "Qrotslin" klubunda oynayırdım. Əvvəlcə işlərim o qədər də yaxşı getmirdi. Mövsümün sonunda isə mən orada əsas heyət oyunçusu sayılırdım. Onlar qalmağımı istəsələr də, qayıtdım evə.
Bu ərəfədə "Neftçi" tərəfindən təklif gəldi. Düzünü desəm, ilk öncə buranı seçəndə düşündüm ki, burada oynamaq asan olacaq və mən hamıdan seçiləcəyəm. Gəlib tam başqa mənzərənin şahidi oldum.
Burada heyətlərində yaxşı legioner futbolçular olan klublar var. Təəccübümü bir kənara qoyub, var qüvvəmlə çalışmağa başladım. Xoşbəxtəm ki, mənim işlərim burada alındı. "Birlik kuboku"nu qazandıq. Çempionatda ikinci və üçüncü yerləri tutduq.
Sonra keçdim "Bakı"ya. Üç ilə yaxındır ki, buradayam.
Əla rəhbərlər...
Həm "Neftçi"də, həm də "Bakı"da bəxt üzümə gülüb. Futbolçu, məşqçi və rəhbərlik baxımından hər ikisində mükəmməl kollektiv olub. Hər iki klubun rəhbərliyində düzgün, sözünü tutan adamlar çalışır. Belə adamlarla çalşdığım üçün özümü şanslı futbolçu hesab edirəm.
Hafiz Məmmədovun xətrini çox istəyirəm. O həmişə bizim yanımızdadır, hər zaman futbolçusuna dəstək verib. Ona görə də, bu inama cavab vermək, təşəkkür etmək üçün yaxşı oynamaq lazımdır. O bizdən yalnız bunu istəyir. Bunu tək mən demirəm. Hamı bunu bilir.
"Birlik kuboku"
Hərdən mətbuatda "Birlik kuboku"nun heç bir faydasının olmadığını deyirlər. Mən bununla qəti razı deyiləm. Ona görə yox ki, mən bu turnirdə bir neçə dəfə qalib olmuşam. Ona görə ki, bura futbolçunu yoxlamaq üçün poliqondur.
Bu əla turnirdir. Hər bir omanda, heyətindən asılı olmayaraq, qalib gəlmək üçün oynayır. Burada rəqiblər təlim-məşq toplanışında oynadığımız rəqiblərdən heç də zəif deyil. Onda niyə bunu pisləyək, Son illər onun şöhrəti azalsa da, bu yarış post-sovet məkanının ən böyük turniri adını qoruyur.
Təşəkkür...
6 ildir buradayam. Azərbaycan futbolu inanılmaz dərəcədə dəyişib. Futbola pul qoyan adamlara əhsən demək lazımdır. Götürək elə bizim bazanı: Burada 400-ə yaxın uşaq və yeniyetmə futbolla məşğul olur. Yüzlərlə adam işlə təmin edilib. Bu xalq üçündür. Heç bir iş adamı bunu özü ilə apara bilməz.
Bu baza hələ əlli il, bəlkə də yüz il xalqa xidmət edəcək, insanları sağlam həyat tərzinə yönləndirəcək. Rəhbərlər insanlara bu sahədə özünü göstərməsi üçün şans yaradırlar. Hafiz Məmmədov, Mübariz Mənsimov, Cahanğir Hacıyev və başqaları futbol naminə çox vacib işlər görürlər. Allah da onlara bunun əvəzində daha çox imkan verəcək.
Uşaq futboluna bu qayğı qarşılıqsiz qala bilməz. Bu uşaqların içində yetişən futbolçular üçün qapılar açılır. Onlara verilən şansdan yararlanıb, Avropaya getmək, ildən ilə daha asan olacaq. Bu həm klub, həm də milli komandalar səviyyəsində baş tutacaq. Göstərin özünüzü, əziz uşaqlar!
Bu şansı qaçırmayın.
Sadəlik...
Mən oynadığım komandada perspektiv vəd edən, iki baş digərlərini üstələyən uşaqların çoxu axırda futbolçu ola bilmədilər. Səbəb isə özündən razılıqdır. Kim ki çox vaxt kölgədə qalır, çalışırsa, sonda bunun "mükafatını" alır.
Sadə olmaq lazımdır. Bu nədən xəbər verir? Qeyri-adi səslənsə də, əsas heyətə düşməyən, zədələnərək kənarda qalan uşaqlara demək istəyirəm ki, ruhdan düşməyin, çalışın. Sizin vaxtınız çatacaq. Gözləmədiyiniz anda məşqçi sizi çağırıb, ümüdini sizə yönəldəcək.
Hər şey öz əlinizdədir. Bu gün əsas heyətdə oynayan yoldaşına təslim olma, rəqabət apar. Öz üzərində yorulmadan işləsən onu üstələyə bilərsən.
Şərəf tribunası...
Milli komanda mənim üçün bir şərəf tribunasıdır. Vəzifəsindən asılı olmayaraq, hər bir vətəndaş ölkəsini təmsil edirsə, o, bu xalqın simasına çevrilir. Birinci bunu dərk etmək lazımdır. 2003-cü ildə evdə Hollandiyanı udduq. 2006-cı ildə səfərdə İtaliya ilə əla oynadıq. 2:1 uduzsaq da, qol ötürməsi verdim. Marçello Lippi bizi yaman tərifləmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər
Siyasət 15 Oktyabr 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 15 Oktyabr 14:35Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR
Siyasət 15 Oktyabr 14:31Gəlin qardaş-qardaşa danışaq... - OKAN MÜDƏRRİSOĞLU YAZIR
Siyasət 15 Oktyabr 14:16“Prezidentin siyasətində milli təhlükəsizlik əsas prioritetdir” - ŞƏRH
Siyasət 15 Oktyabr 14:13“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 15 Oktyabr 14:03AQEM: Azərbaycanın fəal çoxtərəfli diplomatiyası - DEPUTAT
Siyasət 15 Oktyabr 14:02Havanın tez-tez dəyişməsi oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? - HƏKİM AÇIQLADI
Səhiyyə 15 Oktyabr 14:00Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
İdman 15 Oktyabr 13:56Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 15 Oktyabr 13:55"Dünyaya açıq gənc nəsil yad təsirlərə qarşı ən etibarlı müdafiədir" - ŞƏRH
Siyasət 15 Oktyabr 13:55Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib
Hadisə 15 Oktyabr 13:53“Son 9 ay ərzində 65 kənddə elektirik xətlərinin yenilmənməsi prosesi tamamilə yekunlaşıb“
İqtisadiyyat 15 Oktyabr 13:51"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 15 Oktyabr 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 15 Oktyabr 13:46“Azərbaycanın iqtisadi potensialı beynəlxalq tərəfdaşlıqları gücləndirir” - DEPUTAT DANIŞDI
Siyasət 15 Oktyabr 13:40"Azərbaycanın müstəqil siyasəti bəzi dövlətlərlə münasibətlərdə gərginlik yaradır" - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 13:36NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Hadisə 15 Oktyabr 13:21BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 15 Oktyabr 13:20Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Siyasət 15 Oktyabr 13:19Borca görə həbs qoyulan avtomobili satmaq və ya başqasına keçirmək olarmı? - HÜQUQŞÜNAS DANIŞDI
Sosial 15 Oktyabr 12:54“ABŞ-da aralıq seçkilər Tramp administrasiyasının siyasi gələcəyinə təsir edə bilər“ - ŞƏRH
Siyasət 15 Oktyabr 12:52Zakir Həsənov qırğız həmkarı ilə əməkdaşlığı müzakirə edib
Siyasət 15 Oktyabr 12:52Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 15 Oktyabr 12:51Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb
İqtisadiyyat 15 Oktyabr 12:50"Vahid məktəbli forması təhsil müəssisələrində bərabərlik anlayışını gücləndirməlidir" - Aygün Bağırlı
Mədəniyyət 15 Oktyabr 12:50Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Siyasət 15 Oktyabr 12:45Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 15 Oktyabr 12:44Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır - Prezident
Siyasət 15 Oktyabr 12:41Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb
Siyasət 15 Oktyabr 12:40Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...
Siyasət 15 Oktyabr 12:12“Azərbaycanda bank sektorunda təmərküzləşmə səviyyəsi son dörd ildə azalıb“ -ŞAHİN MAHMUDZADƏ
Siyasət 15 Oktyabr 11:59“Azərbaycanda əhalinin borc yükü 18,7 faizə yüksəlib“ -ATAXAN HƏSƏNOV
Siyasət 15 Oktyabr 11:54Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54
Redaktorun seçimi
Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
15 Oktyabr 21:52
Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
15 Oktyabr 21:28
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
15 Oktyabr 20:49
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



