\"Mançester Yunayted\" İngiltərə çempionluğuna bir nömrəli namizəddir!

\"Mançester Yunayted\" İngiltərə çempionluğuna bir nömrəli namizəddir!

İngiltərə Premyer Liqasının növbəti turu çox maraqlı nəticələrlə yadda qalıb. Siasport.az saytı xəbər verir ki, "Mançester Yunayted" rəqib meydanında "Vest Hem" üzərində 4:2 hesablı böyük qələbə qazanaraq, demək olar ki, indidən çempionluğun bir nömrəli namizədi kimi çıxış etdiyini hər kəsə nümayiş etdirib. Hər halda komandadakı abu-hava və oturuşmuş oyun sistemi bunu deməyə əsas verir. "Qırmızı şeytanlar"ın forvardı Uen Runi isə qarşılaşmada 3 qol vuraraq, komandasının çempionluq üçün hər cür mübarizəyə hazır olduğunu nümayiş etdirib. Premyer Liqada "Mançester Yunayted"i qara-baqara izləyən "Arsenal" isə "Blekbörn"lə qarşılaşmada xal itkisinə məruz qalıb. "Çelsi" də rəqib meydanında "Stok Siti"yə qol vura bilməyib. "Liverpul" "Vest Bromviç"ə uduzub 1:2. Əvəzində ərəb şeyxlərinin sevimli klubu olan "Mançester Siti" isə doğma meydanda "Sanderlend"i 5:0 hesabı ilə darmadağın edib.

Bütün xəbərlər Facebook səhifəmizdə