|
İngiltərə Premyer Liqasının növbəti turu çox maraqlı nəticələrlə yadda qalıb. Siasport.az saytı xəbər verir ki, "Mançester Yunayted" rəqib meydanında "Vest Hem" üzərində 4:2 hesablı böyük qələbə qazanaraq, demək olar ki, indidən çempionluğun bir nömrəli namizədi kimi çıxış etdiyini hər kəsə nümayiş etdirib. Hər halda komandadakı abu-hava və oturuşmuş oyun sistemi bunu deməyə əsas verir. "Qırmızı şeytanlar"ın forvardı Uen Runi isə qarşılaşmada 3 qol vuraraq, komandasının çempionluq üçün hər cür mübarizəyə hazır olduğunu nümayiş etdirib. Premyer Liqada "Mançester Yunayted"i qara-baqara izləyən "Arsenal" isə "Blekbörn"lə qarşılaşmada xal itkisinə məruz qalıb. "Çelsi" də rəqib meydanında "Stok Siti"yə qol vura bilməyib. "Liverpul" "Vest Bromviç"ə uduzub 1:2. Əvəzində ərəb şeyxlərinin sevimli klubu olan "Mançester Siti" isə doğma meydanda "Sanderlend"i 5:0 hesabı ilə darmadağın edib. |