Mirça Rednik: "... çox narahatam"-MÜSAHİBƏ

Mirça Rednik: "... çox narahatam"-MÜSAHİBƏ
Siasport.az saytı "Xəzər Lənkəran"nın baş məşqçisi Mirça Rednikin klubun rəsmi saytına verdiyi müsahibəsini təqdim edir:

- "Bakı" ilə oyun haqqında fikirlərinizi bilmək istərdik.

- "Bakı"nın iki son oyununu izləmişəm. Məşqçi dəyişikliyindən sonra onların oyununda inkişaf var, daha təşkilatlanmış şəkildə oynayırlar. Lakin bizim bu dəqiqə turnir vəziyyətimiz belədir ki, yalnız qələbəyə oynamalıyıq. Əgər çempion olmaq istəyiriksə, digər variantı nəzərimizdən keçirə bilmərik.

- "Neftçi" ilə ilin ilk oyunundan sonra komandanın 60 faiz hazır olduğunu söyləmişdiniz. Bəs hal-hazırda vəziyyət necədir?

- Mən indi 100 faiz hazır olduğumuzu deyə bilərəm. Amma mən son iki oyunda cəmi bir xal qazandığımızdan çox narahatam. Komandanın oyununda anlaşma normal səviyyədədir və biz bunu daha da mükəmməl səviyyəyə çatdırmalıyıq. Ümid edirəm ki, məhz sabahkı qarşılaşmada yaxşı oyunumuzu göstərə biləcəyik.

- Yığmamızın son görüşü barədə nə deyə bilərsiniz? Futbolçuların o oyundakı çıxışından nə dərəcədə razı qaldınız?

- Ümumiyyətlə, oyunun belə nəticələndiyi məni təccübləndirir. Azərbaycan oyunçuları kifayət qədər keyfiyyətə malikdirlər. Oyunçuların belə səfər oyunlarına xüsusi köklənməsi lazımdır, daha da ciddi münasibət tələb olunur. Komanda risk etməyə hazır olmalıdır, həddindən artıq ehtiyatlı oynamaq olmaz.

Öz oyunçularımdan isə razı qaldım. Kamran da, Rahid də yaxşı oyun keçirdilər. Sadəcə Rahidin mövqeyi barədə seçimlə razı deyiləm. O yarımmüdafiənin sağında qərarlaşmışdı, amma düşünürəm ki, bu onun üçün çətinliklər yaradır və Rahidin göstəriciləri orada çıxış etməyə imkan vermir. Fikrimcə, onun üçün ən yaxşı mövqe məhz mərkəzdir.

- Zədəli Elnur Allhaverdiyevin əvəzinə hansı futbolçunun oynayacağını dəqiqləşdirmisinizmi?

- Hələ dəqiq qərar verməmişəm. Müxtəlif variantlar var. Məsələn, Muşat sol cinahdan əlavə sağda da oynaya bilir. Muşat sağda oynasa, Simao sol cinahda qərarlaşacaq. Ola bilsin ki, Kyaku həmin mövqedə oynasın. Bir sözlə, dəqiq qərar sabah veriləcək.

Bundan əlavə Vobayla bağlı problemimiz var. O beş gün əvvəl milli komandasının düşərgəsinə yollanmışdı və yalnız bugün axşam bizə qoşulacaq. Bu səbəbdən onun sabah oynaması sual altındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com