- Hələ dəqiq qərar verməmişəm. Müxtəlif variantlar var. Məsələn, Muşat sol cinahdan əlavə sağda da oynaya bilir. Muşat sağda oynasa, Simao sol cinahda qərarlaşacaq. Ola bilsin ki, Kyaku həmin mövqedə oynasın. Bir sözlə, dəqiq qərar sabah veriləcək.Bundan əlavə Vobayla bağlı problemimiz var. O beş gün əvvəl milli komandasının düşərgəsinə yollanmışdı və yalnız bugün axşam bizə qoşulacaq. Bu səbəbdən onun sabah oynaması sual altındadır.