Mahmud Qurbanov: \"\"Xəzər Lənkəran\"a qarşı keçirilən oyunda forma geyinsəm, futbolçu karyeramda əlamətdar bir gün olacaq\"

Mahmud Qurbanov: \"\"Xəzər Lənkəran\"a qarşı keçirilən oyunda forma geyinsəm, futbolçu karyeramda əlamətdar bir gün olacaq\"
"Xəzər Lənkəran"a qarşı oyun ağır və maraqlı alınacaq. Rəqibimiz çempionatın liderlərindən olsa da, hər oyunda olduğu kimi bu gün də meydana yalnız qələbə üçün çıxacağıq. Siasport.az saytı xəbər verir ki, bu barədə \"Bakı\" klubunun futbolçusu Mahmud Qurbanov açıqlama verib. O, hər oyunda \"Bakı\"ya dəstək oluqları üçün azarkeşlərə futbolçular adından minnətdarlığını bildirib: \"\"Xəzər-Lənkəran\"a qarşı oyunda da onlardan dəstək gözləyirəm. Azərbaycan çempionatları tarixində 400 oyun oynamaq azdır. "Xəzər Lənkəran"a qarşı keçirilən oyunda forma geyinsəm, futbolçu karyeramda əlamətdar bir gün olacaq\".

Futbolçu bu günə qədər iştirakçısı olduğu 399 oyunun hər birinin onun üçün önəmli, hamısının xatirəsi olduğunu deyib.

M.Qurbanov Belçika - Azərbaycan matçı barədə də danışıb: \"Türkiyə ilə oyunda qələbədən sonra millidə ruh yüksəkliyi var idi. Amma Belçika səfəri göstərdi ki, hələ boşluqlar çoxdur. Millinin Avropada yaxşı oynaması üçün sabit oyun göstərən komanda formalaşmalıdır. Bununla bərabər futbolçularımız ustalıq səviyyəsini artırmaq üzərində yorulmadan işləməlidirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB