Futbolçu bu günə qədər iştirakçısı olduğu 399 oyunun hər birinin onun üçün önəmli, hamısının xatirəsi olduğunu deyib.M.Qurbanov Belçika - Azərbaycan matçı barədə də danışıb: \"Türkiyə ilə oyunda qələbədən sonra millidə ruh yüksəkliyi var idi. Amma Belçika səfəri göstərdi ki, hələ boşluqlar çoxdur. Millinin Avropada yaxşı oynaması üçün sabit oyun göstərən komanda formalaşmalıdır. Bununla bərabər futbolçularımız ustalıq səviyyəsini artırmaq üzərində yorulmadan işləməlidirlər".