İntizam Komitəsinin növbətəti cəzaları

İntizam Komitəsinin növbətəti cəzaları
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytı xəbər verir ki, iclasda qəbul edilmiş qərarlar aşağıdakılardır:


12 mart 2011-ci il tarixində XIX Azərbaycan Premyer Liqasının XXIII turunun "İnter" – "Qarabağ" matçının 48-ci dəqiqəsində "Qarabağ" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 (iki min) manat cərimə olunur (maddə 52).

13 mart 2011-ci il tarixində XIX Azərbaycan Premyer Liqasının XXIII turunun AZAL – "Xəzər Lənkəran" matçının 73-cü və 87-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 (iki min) manat cərimə olunur (maddə 52).

13 mart 2011-ci il tarixində XIX Azərbaycan Premyer Liqasının XXIII turunun MOİK – "Qəbələ" matçının 59-cu dəqiqəsində MOİK klubunun 13 №-li futbolçusu Ramin Tanrıverdiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 (iki min) manat cərimə olunur (maddə 37.1).

13 mart 2011-ci il tarixində XIX Azərbaycan Premyer Liqasının XXIII turunun "Turan" – "Gəncə" matçında "Turan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (min) manat cərimə olunur (maddə 40). Oyunun 38-ci dəqiqəsində "Gəncə" klubunun 28 №-li futbolçusu Patrik Nukeu kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 (iki min) manat cərimə olunur (maddə 37.1).

11 mart 2011-ci il tarixində XIX Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXIII turunun "Simurq" – "Muğan" matçında "Simurq" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 (beş yüz) manat cərimə olunur (maddə 40). Oyunun 84-cü dəqiqəsində "Muğan" klubunun 21 №-li futbolçusu Ceyhun Abdullayev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 (iki min) manat cərimə olunur (maddə 42.3).

12 mart 2011-ci il tarixində XIX Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXIII turunun AZAL – "Qəbələ" matçının 38-ci dəqiqəsində AZAL klubunun 11 №-li futbolçusu Sahib Muxtarov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 (min) manat cərimə olunur (maddə 37.1).

12 mart 2011-ci il tarixində I divizionun XVII turunun "Karvan" – "Sumqayıt" matçı başa çatdıqdan sonra "Karvan" klubunun 9 №-li futbolçusu Ruslan Hüseynov aqressiv oyuna görə (rəqibə əl ilə zərbə) birbaşa qırmızı vərəqə aldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 (dörd yüz) manat cərimə olunur (maddə 38.4).

13 mart 2011-ci il tarixində I divizionun XVII turunun "Rəvan" – "Bakılı" matçının 65-ci dəqiqəsində "Bakılı" klubunun 11 №-li futbolçusu Samir Quliyev hakimin qərarına kobud şəkildə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 (iyirmi) manat cərimə olunur (maddə 48).

13 mart 2011-ci il tarixində I divizionun XVII turunun "Energetik" – "Göyəzən" matçının 90+3-cü dəqiqəsində "Energetik" klubunun 6 №-li futbolçusu Aqşin Salahov hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 (iyirmi) manat cərimə olunur (maddə 48).

"Ədliyyə" klubu I divizionda iştirakını dayandırdığı üçün klub I divizion yarışlarından kənarlaşdırılır. Klub I divizionda oyunların 50%-indən çoxunu keçirdiyi üçün klubun iştirak etmədiyi bütün oyunlarda ona 0:3 hesabı ilə texniki məğlubiyyət verilir (maddə 57.3).

8 mart 2011-ci il tarixində "Azercell U-17 Liqa"nın "Gəncə" – "MKT Araz" matçında "MKT Araz" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 57).

8 mart 2011-ci il tarixində "Azercell U-17 Liqa"nın "Neftçi" İSM – "Turan" matçında "Turan" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 57).

8 mart 2011-ci il tarixində "Azercell U-17 Liqa"nın "Qarabağ" – "Bakı-2" matçının 72-ci dəqiqəsində "Bakı-2" klubunun məşqçisi Mustafa Adnan Yazıçıoğlu texniki zonandan kənarlaşdıldığı üçün məşqçi 1 oyunluq cəzalanır (maddə 64).

11 mart 2011-ci il tarixində "Azercell U-17 Liqa"nın "Neftçi" – "Neftçi" İSM matçının 22-ci dəqiqəsində "Neftçi" klubunun 3 №-li futbolçusu Camal Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).

11 mart 2011-ci il tarixində "Azercell U-17 Liqa"nın "MKT Araz" – "Simurq" matçında "Simurq" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 57).

12 mart 2011-ci il tarixində U-14 Liqasının "Xəzər Lənkəran" – "Lənkəran" matçında "Lənkəran" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 57).

12 mart 2011-ci il tarixində U-14 Liqasının "Şirvan" – "Xəzər-92" matçında "Xəzər-92" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 57).

12 mart 2011-ci il tarixində U-14 Liqasının "Təhsil" (Sumqayıt) – "Babək" matçında "Babək" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 57).

13 mart 2011-ci il tarixində U-13 Liqasının "Gücbirliyi" – "Neftçi" matçında "Gücbirliyi" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 57).

12 mart 2011-ci il tarixində U-13 Liqasının "Liman Bələdiyyəsi" – "Xəzər-92" matçında "Liman Bələdiyyəsi" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 57).

12 mart 2011-ci il tarixində U-13 Liqasının "Lənkəran Bələdiyyəsi" – "Şirvan" matçında "Lənkəran Bələdiyyəsi" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 57).

12 mart 2011-ci il tarixində U-13 Liqasının "Lerik" – "Xəzər Lənkəran" matçında "Lerik" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 57).

12 mart 2011-ci il tarixində U-13 Liqasının "Xaçmaz" – "Babək" matçında "Babək" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 57).

12 mart 2011-ci il tarixində U-13 Liqasının "Balakən" – "Qəbələ" matçının 6-cı dəqiqəsində "Qəbələ" klubunun baş məşqçisi H. Quliyev hakimləri təhqir etdiyi üçün baş məşqçi 5 oyunluq cəzalanır (maddə 42.4).Oyunun 35-ci dəqiqəsində "Qəbələ" klubunun 6 №-li futbolçusu Qədir Bayramlı kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

12 mart 2011-ci il tarixində U-13 Liqasının "Şahdağ" – İOEUGİM (Sumqayıt) matçının 39-cu dəqiqəsində "Şahdağ" klubunun 10 №-li futbolçusu Asif Şahov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).

12 mart 2011-ci il tarixində U-13 Liqasının "Şəhriyar" – "Laçın" matçının 39-cu dəqiqəsində "Şəhriyar" klubunun 4 №-li futbolçusu Ceyhun Zərbəliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).

10 mart 2011-ci il tarixində futzal üzrə Azərbaycan çempionatının "Neftçi"İSM – "Qarabağ Veteranları" matçının 29-cu dəqiqəsində "Qarabağ Veteranları" klubunun 2 №-li futzalçısı Ramil Məcidov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanır (maddə 42.3). Oyunun 33-cü dəqiqəsində "Neftçi" İSM klubunun 7 №-li futzalçısı İlkin Hacıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanır (maddə 37.1).

13 mart 2011-ci il tarixində futzal üzrə I dəstənin "Euro ABM" – "Olimpik Star" matçında "Euro ABM" klubu iştirak etmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 57).

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com