10 mart 2011-ci il tarixində futzal üzrə Azərbaycan çempionatının "Neftçi"İSM – "Qarabağ Veteranları" matçının 29-cu dəqiqəsində "Qarabağ Veteranları" klubunun 2 №-li futzalçısı Ramil Məcidov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanır (maddə 42.3). Oyunun 33-cü dəqiqəsində "Neftçi" İSM klubunun 7 №-li futzalçısı İlkin Hacıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanır (maddə 37.1).13 mart 2011-ci il tarixində futzal üzrə I dəstənin "Euro ABM" – "Olimpik Star" matçında "Euro ABM" klubu iştirak etmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 57).