\"Xəzər Lənkəran\"ın avtobusu Bakıda daş-qalaq edildi

\"Xəzər Lənkəran\"ın avtobusu Bakıda daş-qalaq edildi

\"Neftçi\" - \"Xəzər Lənkəran\" \"matçından sonra Lənkəran təmsilçisinin avtobusuna hücum olub. Siasport.az saytı xəbər verir ki, qarşılaşma başa çatandan sonra komandanın futbolçu və məşqçi heyətini aparan avtobus Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının yaxınlığında daş-qalaq edilib.

\"Xəzər Lənkəran\" rəsmiləri xəbəri təsdiq ediblər. Klubdan bildirilib ki, avtobus rəqib komandanın azarkeşləri tərəfindən daşlansa da, olay zamanı xəsarət alan olmayıb.//fanat.az

Bütün xəbərlər Facebook səhifəmizdə