\"Neftçi\"
- \"Xəzər Lənkəran\" \"matçından sonra Lənkəran təmsilçisinin avtobusuna
hücum olub. Siasport.az
saytı xəbər verir ki, qarşılaşma başa çatandan sonra komandanın
futbolçu və məşqçi heyətini aparan avtobus Azərbaycan Bədən Tərbiyəsi və İdman
Akademiyasının yaxınlığında daş-qalaq edilib.\"Xəzər Lənkəran\" rəsmiləri xəbəri təsdiq
ediblər. Klubdan bildirilib ki, avtobus rəqib komandanın azarkeşləri tərəfindən
daşlansa da, olay zamanı xəsarət alan olmayıb.//fanat.az