“Bavariya” öz meydanında “Borussiya”ya uduzdu

“Bavariya”  öz meydanında  “Borussiya”ya uduzdu

Çempionlar Liqasında İtaliyanın "İnter" futbol klubunu öz meydanında məğlub edən Almaniyanın "Bayern Münhün" futbol klubu Almaniya Bundesliqasında məğlubiyyətlə üzləşib. Siasport.az saytı xəbər verir ki, fevralın 26-da "Alyans Arena"da Dortmund "Borussiya"sını qəbul edən "pivəçilər" 1:3 hesabı ilə məğlub olublar. Oyunun artıq 9-cu dəqiqəsində Lukas Barriosla hesabda irəli keçən qonaqlar, bu qolun sevincini uzun zaman yaşaya bilməyiblər. Belə ki, qarşılaşmanın 16-cı dəqiqəsində Luis Qustavo cavab qolunu vuraraq, yerli azarkeşləri ümidləndirib. Amma bundan cəmi 2 dəqiqə sonra "Borrusiya"nın türkiyəli forvardı Nuri Şahin möhtşəm qol vuraraq hesabı 2:1 konadasının xeyrinə dəyişib.qəbul arasında keçirilib. Oyunun 60-cı dəqiqəsində isə Mats Hummels yekun hesabı 3:1-ə çatdıraraq "pivəçilər"in doğma meydanda məğlubiyyətini rəsmiləşdirib. Almaniya Bundesliqasında keçirilən digər qarşılaşmaları da diqqətinizə çatdırırıq:

Almaniya Bundesliqası, 24-cü tur

25 fevral

"Volfsburq" - "Borussiya" M - 2:1
Qollar:
Dieqo, 36; 45 - Filip Dems, 74-pen.

26 fevral

"Sankt-Pauli" - "Hannover" - 0:1
Qol:
Kristian Şults, 89

"Kayzerslautern" - "Hamburq" - 1:1
Qollar:
Adam Qlouşek, 18 - Marsel Yansen, 54

"Köln" - "Frayburq" - 1:0
Qol:
Lukas Podolski, 89

"Hoffenhaym" - "Maynts" - 1:2
Qollar:
David Alaba, 83 - Andreas İvanşits, 67.
Elkin Soto, 86

"Şalke 04" - "Nürnberq" - 1:1
Qollar:
Raul, 52 - Yens Hegeler, 37

"Bavariya" - "Borussiya" D - 1:3
Qollar:
Luis Qustavo, 16 - Lukas Barrios, 9. Nuri Şahin, 18. Mats Hummels, 60

27 fevral

"Ayntraxt" - "Ştutqart" - 0:2
Qollar:
Martin Harnik, 64. Tamaş Haynal, 68
Qırmızı vərəqə: Matye Delpyer, 15 ("Ştutqart")

"Verder" - "Bayer" - 2:2
Qollar:
Ştefan Kisslinq, 82-avt. Sebastyan Pryodl, 90 - Eren Derdiyok, 81. Simon Rolfes, 67
Qırmızı vərəqə: Arturo Vidal, 87 ("Bayer")

Bütün xəbərlər Facebook səhifəmizdə