|
Çempionlar Liqasında İtaliyanın "İnter" futbol klubunu öz meydanında məğlub edən Almaniyanın "Bayern Münhün" futbol klubu Almaniya Bundesliqasında məğlubiyyətlə üzləşib. Siasport.az saytı xəbər verir ki, fevralın 26-da "Alyans Arena"da Dortmund "Borussiya"sını qəbul edən "pivəçilər" 1:3 hesabı ilə məğlub olublar. Oyunun artıq 9-cu dəqiqəsində Lukas Barriosla hesabda irəli keçən qonaqlar, bu qolun sevincini uzun zaman yaşaya bilməyiblər. Belə ki, qarşılaşmanın 16-cı dəqiqəsində Luis Qustavo cavab qolunu vuraraq, yerli azarkeşləri ümidləndirib. Amma bundan cəmi 2 dəqiqə sonra "Borrusiya"nın türkiyəli forvardı Nuri Şahin möhtşəm qol vuraraq hesabı 2:1 konadasının xeyrinə dəyişib.qəbul arasında keçirilib. Oyunun 60-cı dəqiqəsində isə Mats Hummels yekun hesabı 3:1-ə çatdıraraq "pivəçilər"in doğma meydanda məğlubiyyətini rəsmiləşdirib. Almaniya Bundesliqasında keçirilən digər qarşılaşmaları da diqqətinizə çatdırırıq:
Almaniya Bundesliqası, 24-cü tur
25 fevral
"Volfsburq" - "Borussiya" M - 2:1 Qollar: Dieqo, 36; 45 - Filip Dems, 74-pen.
26 fevral
"Sankt-Pauli" - "Hannover" - 0:1 Qol: Kristian Şults, 89
"Kayzerslautern" - "Hamburq" - 1:1 Qollar: Adam Qlouşek, 18 - Marsel Yansen, 54
"Köln" - "Frayburq" - 1:0 Qol: Lukas Podolski, 89
"Hoffenhaym" - "Maynts" - 1:2 Qollar: David Alaba, 83 - Andreas İvanşits, 67. Elkin Soto, 86
"Şalke 04" - "Nürnberq" - 1:1 Qollar: Raul, 52 - Yens Hegeler, 37
"Bavariya" - "Borussiya" D - 1:3 Qollar: Luis Qustavo, 16 - Lukas Barrios, 9. Nuri Şahin, 18. Mats Hummels, 60
27 fevral
"Ayntraxt" - "Ştutqart" - 0:2 Qollar: Martin Harnik, 64. Tamaş Haynal, 68 Qırmızı vərəqə: Matye Delpyer, 15 ("Ştutqart")
"Verder" - "Bayer" - 2:2 Qollar: Ştefan Kisslinq, 82-avt. Sebastyan Pryodl, 90 - Eren Derdiyok, 81. Simon Rolfes, 67 Qırmızı vərəqə: Arturo Vidal, 87 ("Bayer") |