Gənclər və İdman Nazirliyi 2007-ci ildən
etibarən 26 fevral-Xocalı faciəsinin ildönümü münasibəti ilə hər il
respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında
"Mahir nişançı" güllə atıcılığı üzrə turnir keçirir. Siasport.az
saytı xəbər verir ki, keçiriləcən tədbirin əsas məqsədi XX əsrdə Azərbaycan
xalqına qarşı erməni millətçiləri tərəfindən törədilmiş soyqırımı qurbanlarının
xatirəsini yad etmək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində
gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyə edib, onlarda hərbi vərdişlərin
yaranmasını təmin etməkdir. Bu səpkili tədbirlər eyni zamanda gənclərin ordu sıralarında hərbi xidmət keçmə
hazırlığının yüksəlməsinə kömək göstərib, güllə atıcılğı idman növünün geniş təbliğ
edilməsinə də şərait yaradır.
Gənclər və İdman Nazirliyi bu il də Xocalı faciəsinin XV ildönümü münasibəti ilə
Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti ilə
birgə "Mahir nişançı" turnirini keçirməyi planlaşdırır. Yarış 25 fevral 2011-ci
il tarixində saat 11.30-da Bakıxanov qəsəbəsində yerləşən 1N-li Texniki İdman Cəmiyyətinin
həyətində baş tutacaq. Açılış mərasimdə gənclər və idman naziri Azad Rəhimov da
iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB