Xocalı faciəsi mahir nişançılar tərəfindən anılacaq

24 Fevral 2011 17:44 (UTC+04:00)

Gənclər və İdman Nazirliyi 2007-ci ildən etibarən 26 fevral-Xocalı faciəsinin ildönümü münasibəti ilə hər il respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında "Mahir nişançı" güllə atıcılığı üzrə turnir keçirir. Siasport.az saytı xəbər verir ki, keçiriləcən tədbirin əsas məqsədi XX əsrdə Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilmiş soyqırımı qurbanlarının xatirəsini yad etmək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyə edib, onlarda hərbi vərdişlərin yaranmasını təmin etməkdir. Bu səpkili tədbirlər eyni zamanda gənclərin ordu sıralarında hərbi xidmət keçmə hazırlığının yüksəlməsinə kömək göstərib, güllə atıcılğı idman növünün geniş təbliğ edilməsinə də şərait yaradır.

Gənclər və İdman Nazirliyi bu il də Xocalı faciəsinin XV ildönümü münasibəti ilə Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti ilə birgə "Mahir nişançı" turnirini keçirməyi planlaşdırır. Yarış 25 fevral 2011-ci il tarixində saat 11.30-da Bakıxanov qəsəbəsində yerləşən 1N-li Texniki İdman Cəmiyyətinin həyətində baş tutacaq. Açılış mərasimdə gənclər və idman naziri Azad Rəhimov da iştirak edəcək.