Azəri Hüseynov: ““Şuşa” heç vaxt dağıla bilməz”-AÇIQLAMA

""Şuşa" klubu heç vaxt dağıla bilməz". Bu sözləri siasport.az saytına "Şuşa"nın prezidenti Azəri Hüseynov deyib. O, mətbuatda bu barədə şişirdilmiş xəbərlərin yayımlandığını bildirib. Klub prezidenti qeyd edib ki, sponsor şirkət klubdan imtina etməyib: "Şirkət sponsorluqdan imtina etməyib. "Football Sportive Consult" bizim sponsorumuzdur. Sadəcə olaraq şirkətdə maliyyə sıxıntıları yaranıb və bu da kluba təsir edib. Ancaq bunlar yaxın vaxtlarda düzələcək. Mətbuatda "Energetik"lə matçın xərclərini də AFFA-nın ödədiyinin bildirilməyi də yanlışdır. AFFA bizə hər zaman kömək olur, amma bu xərcləri ödəməyib. "Şuşa" heç vaxt dağıla bilməz. Biz indi də birlikdəyik, sponsor şirkətin rəhbəri ilə müzakirələr aparırıq. Bu gün də məşqimiz olub".

Bütün xəbərlər Facebook səhifəmizdə