"Qarabağ" "Turan"la oyunun hazırlıqlarına başlayıb

"Qarabağ" "Turan"la oyunun hazırlıqlarına başlayıb
"Qarabağ" klubu "Turan"la oyunun hazırlıqlarına başlayıb. Siasport.az saytı xəbər verir ki, bazar günü "Gəncə"ylə qarşılaşan komanda dünən istirahət edib. Bu gündən isə "Qarabağ" "Turan" üçün hazırlıqlara start verib. Premyer Lliqada son 6 oyunda qələbə qazanan Ağdam təmsilçisi təsnifat mərhələsinin sonuncu turunda qələbə qazanaraq final mərhələsinə başlamaq istəyir.

Bugün komandanın tək məşqi baş tutub. "Sərhədçi" İdman Komleksinin idman meydançasında baş tutan çalışma 90 dəqiqə davam edib. Zədəli futbolçulardan Devran Ayhan və Sahil Kərimov artıq komandayla məşqlərdə iştirak etsə də, Aftandil Hacıyev hələki fərdi olaraq hazırlıq keçir.

Xatırladaq ki, "Qarabağ" "Turan"la fevralın 25-i qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com