Bugün komandanın tək məşqi baş tutub. "Sərhədçi" İdman Komleksinin idman meydançasında baş tutan çalışma 90 dəqiqə davam edib. Zədəli futbolçulardan Devran Ayhan və Sahil Kərimov artıq komandayla məşqlərdə iştirak etsə də, Aftandil Hacıyev hələki fərdi olaraq hazırlıq keçir.Xatırladaq ki, "Qarabağ" "Turan"la fevralın 25-i qarşılaşacaq.