Deyəsən İstanbulun "Fənərbaxça" futbol klubu keçən il əlindən qaçırdığı çempionluq şansını bu gerçəkləşdirməkdə israrlıdır. Siasport.az saytı xəbər verir ki, dünən Türkiyə Superliqası çərçivəsində "Şükrü Saracoğlu" stadionunda "Kayserispor" futbol klubu ilə qarşılaşan "sarı lacıvərtlilər" 2:0 hesablı qələbəyə seviniblər. Qarşılaşmanın 3-cü dəqiqəsində Mamadou Niang və 60-cı dəqiqədə isə Diego Lugano bir birindən gözəl qollar vuraraq İstanbul klubunun 2:0 hesablı qələbəsini rəsmiləşdiriblər. Öz meydanında 3 xal qazanan "Fənərbaxça", xal ehtiyatını 45-ə çatdıraraq turnir cədvəlində 2-ci yerə yüksəlib. Bu qələbədən sonra İstanbul klubunda artıq çempionluq sədaları eşidilməyə başlanıb. Klubun prezidenti Əziz Yıldırım klubun rəsmi internet saytına verdiyi müsahibədə bildirib ki, artıq bu il "Fənərbaxça" çempionluğu əldən verməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə