“Abşeron” FK II Dövrəyə qələbə ilə başladı

“Abşeron” FK II Dövrəyə qələbə ilə başladı

Dünən I Divizionun XIV turu çərçivəsində qış çempionu "Abşeron" FK "Şəfa" stadionun əsas meydançasında "Ədliyyə" komandasını qəbul etdi. Siasport.az saytı xəbər verir ki, ilk dəqiqələrdən üstünlüyü ələ alan abşeronçular rəqib qapısından 4 qol keçirməklə tam qələbə çaldılar. Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə artırılan oyunda hesabı 15-ci dəqiqədə Eşqin Quliyev açdı. Ardınca 16-cı dəqiqədə Rəhman Musayev, 38-ci dəqiqədə Emin Mehtiyev, 85-ci dəqiqədə Aqşin Həşimov oyunun gedişatını abşeronçuların xeyrinə həll etdilər. Oyun ərzində Orxan Həsənov və Kamil Nurəhmədov hərəyə bir sarı vəqərə aldılar.

Qeyd edək ki, çempionat ərzində 4 sarı vərəqə alan Murad Ağakişiyev bu oyundan kənar qalmışdı. 45-ci dəqiqədə Rəhman Musayevin Aqşin Həşimovla əvəzlənməsi oyunun gedişatına müsbət təsir etdi. 57-ci dəqiqədə Emin Mehtiyev Elşən Hacıyevlə, 71-ci dəqiqədə Kamil Nurəhmədov Timur Dadaşovla əvəz edildi. Oyunu baş hakim İnqilab Məmmədov idarə edirdi. Hakim köməkçiləri Elşən Durmuşov, Hüseyn İmanov, Ağaəli Əlizadə, hakim inspektor Şamil Hüseynov idilər.

Bütün xəbərlər Facebook səhifəmizdə