Dünən I Divizionun XIV turu çərçivəsində
qış çempionu "Abşeron" FK "Şəfa" stadionun əsas meydançasında "Ədliyyə" komandasını qəbul etdi. Siasport.az saytı xəbər verir ki, ilk dəqiqələrdən
üstünlüyü ələ alan abşeronçular rəqib qapısından 4 qol keçirməklə tam qələbə
çaldılar. Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə artırılan oyunda hesabı
15-ci dəqiqədə Eşqin Quliyev açdı. Ardınca 16-cı dəqiqədə Rəhman Musayev, 38-ci
dəqiqədə Emin Mehtiyev, 85-ci dəqiqədə
Aqşin Həşimov oyunun gedişatını abşeronçuların xeyrinə həll etdilər. Oyun ərzində Orxan Həsənov və Kamil Nurəhmədov
hərəyə bir sarı vəqərə aldılar. Qeyd edək ki, çempionat ərzində 4 sarı vərəqə alan
Murad Ağakişiyev bu oyundan kənar qalmışdı. 45-ci dəqiqədə Rəhman
Musayevin Aqşin Həşimovla əvəzlənməsi
oyunun gedişatına müsbət təsir etdi. 57-ci dəqiqədə Emin Mehtiyev Elşən
Hacıyevlə, 71-ci dəqiqədə Kamil Nurəhmədov
Timur Dadaşovla
əvəz
edildi. Oyunu baş hakim İnqilab Məmmədov idarə edirdi. Hakim köməkçiləri Elşən
Durmuşov, Hüseyn İmanov, Ağaəli Əlizadə, hakim inspektor Şamil Hüseynov idilər.